Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı: tibb işçiləri yaralandılar

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində biri kişi, ikisi qadın olmaqla, 3 nəfər xəsarət alıb.

Xəsarət alan tibb işçiləridir və onların vəziyyəti orta ağır qiymətləndirilir.

Xəstələr Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *