Ceyranbatanda su kəmərindəki təmir nə vaxt başa çatacaq? – AÇIQLAMA

Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən, diametri 1 200 mm olan su kəmərində axıntı baş verib.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində Ceyranbatan və Saray qəsəbələri və Bağlar yaşayış massivinə içməli suyun verilməsində fasilə yaranıb: “Hazırda problemin aradan qaldırılması üçün əraziyə qəza xidməti cəlb edilib, problem aradan qaldırılır. Yaxın saatlarda problem aradan qaldırılacaq və həmin qəsəbələrə içməli suyun verilməsi təmin olunacaq”.//milli.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *