Bakıda narkotiklərlə əlaqədar 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Quliyevdən 400 qrama yaxın marixuana aşkar edilib.

Bundan başqa, Suraxanı RPİ 30-cu polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Soltanovdan heroin və
457 qram marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *