55 yaşlı kişi faciəvi şəkildə öldü

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Median.Az Trend-ə istinadən bildirir ki, hadisə Şirvan şəhəri, Şıxbalaoğlu küçəsində qeydə alınıb.

Şəhər sakini Yaqubov Rauf Bəxtiyar oğlu “VAZ 2106” markalı 10 EG 568 dövlət nömrə nişanlı avtomobili idarə edərkən, həmin küçə ilə hərəkətdə olan Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Axundov Nazim Səftər oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *