İmişlidə 29 yaşlı gənc intihara cəhd edib

İmişli rayonunda 29 yaşlı gənc oğlan intihara cəhd edib.

Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Ə.C. yaşadığı evin həyətində olan hamamda özünü asaraq intihara cəhd edib. Xöşbəxtlikdən yaxınları hadisədən xəbər tutub və dərhal Ələkbəri xilas ediblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım qrupu gəlib. Ə.Cahangirov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *