Qayıqda Ukraynaya keçmək istəyən azərbaycanlı saxlanıldı

Ukraynada 26 yaşlı azərbaycanlı saxlanılıb.

Grad.ua xəbər verir ki, həmin şəxs qayıq vasitəsilə bu ölkə ərazisinə keçməyə cəhd edib.

Məlumatlara görə, o, Belqorod-Dnestrovskovo sərhədçiləri tərəfindən yaxalanıb.

Araşdırma zamanı onun 2022-ci ilədək Ukrayna ərazisinə girişinin qadağan olunduğu aydınlaşıb.

Faktla bağlı araşdırmalar davam edir. Onun yaxın günlərdə məhkəməyə çıxarılacağı bildirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *