Bakı-Sumqayıt yolunun yolçuları diqqətli olsunlar

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan səhər saat 06:00-dək Bakı-Sumqayıt şossesinin Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal Kompleksi qarşısınadək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Median.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *