Bakıda gənc onuncu mərtəbədən yerə düşdü – Atıldığı iddia olunur

Bakıda 17 yaşlı oğlan intihar edib.

Hadisə dünən saat 18:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Belə ki, Moskva prospekti 3007-ci məhəllədə 2002-ci il təvəllüdlü S.Q. özünü yaşadığı binanın 10-cu mərtəbəsinin pəncərəsindən ataraq intihar edib.

Gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Yaxınları onun intihar etmədiyini, itələndiyini iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.

//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *