Moskva Univermağının yanında gənc oğlan bıçaqlanıb

Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Həmidli Azad Alim oğlu Moskva Univermağının yanında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə gətirilib. Ona qarın divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *