Əməkdar artist vəfat etdi – FOTO

Gəncə Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Nağəddin Məmmədov vəfat edib.

Aktyor uzun sürən xəstəlikdən sonra, 52 yaşında dünyasını dəyişib.

Nağəddin Məmmədov teatrda uzun müddət çalışıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adı ilə təltif edilib. Bir çox beynalxalq festivallarda iştirak edib.

Aktyorun son aylar xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.





Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *