Şamaxıda yaşadığı qadını öldürməyə cəhd edən şəxs 16 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon sakini Şirzad Əsədovun (1983-cü il təv.) CM-nin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, ötən il yanvarın 1-də Meysəri kəndindən rayon sakini Zöhrə Əlqəmbəyeva (1986-cı il təv.) ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb və əməlliyat olunub. Ona qapalı kəllə-beyin travması, beynin silkələnməsi diaqnozu qoyulub.

Araşdırma aparan Şamaxı RPŞ-nin əməkdaşlarına məlum olub ki, qadın qeyri-rəsmi nikahda yaşadığı, əvvəllər məhkum olunmuş Şirzad Əsədov tərəfindən döyülüb. O, 15 gün əvvəl qadını qaçırıb və onunla ər-arvad kimi yaşamağa başlayıb.

İş üzrə istintaq rayon prokurorluğu tərəfindən aparılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *