Nəsimi rayonunda qətl baş verib

Median.Az xəbər verir ki, mayın 24-də Nəsimi rayonunun B.Səfəroğlu küçəsi ev 219-un zirzəmisindən, üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyitinin tapılması barədə Nəsimi RPİ 22-ci polis şöbəsinə məlumat daxil olub.

Hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Bakı şəhər sakini Orxan Əliyev olması müəyyən edilib və hadisəni münaqişə zəminində törədən
Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb.

Nəsimi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *