Bakıda 19 yaşlı fəhlə lift şaxtasına düşərək öldü

Bakıda fəhlə işləyən Şirvan sakini hündürmərtəbəli binadan yıxılaraq ölüb.

Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Hüseynov Şahin Hafiz oğlu yeni tikilən hündürmərtəbəli binada işləyərkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan şaxtaya düşüb. Gənc fəhlə hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti doğulduğu Şirvan şəhərinə gətirilərək torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.

//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *