Beyəqanda piyadanı öldürüb, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də Ağcabədi rayon sakini M.Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib, hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini X.Sarıyev saxlanılıb.

RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.