Tovuzda usta damdan yıxılaraq ağır xəsarət alıb

Tovuzda hündürlükdən yıxılan kişi ağır xəsarət alıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, evin damında təmir işləri aparan usta ehtiyatsızlıqdan yerə düşüb. Ağır bədən xəsarətləri alan Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini,1964-cu il təvəllüdlü Şahvələd Əliyev öncə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin tibbi yardım aldıqdan sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *