Kürdəmirin bir sıra kəndlərinə dolu düşüb, meyvə ağaclarına ziyan dəyib – VİDEO

Kürdəmir rayonuna güclü yağış yağıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, günorta saatlarında rayonun, əsasən, Axtaçı, Qarabucaq, Qocalı, Carlı, Xəlsə, Mehdili və Dayıkazımlı kəndlərinə leysan yağıb, dolu düşüb.

Təbii hadisə nəticəsində fərdi təsərrüfatlara, o cümlədən meyvə ağaclarına ziyan dəyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *