Qubaya dolu yağıb

Dünən axşam saat 19 radələrində Quba rayonuna dolu düşüb.

Təbiət hadisəsi dağlıq ərazilərdə baş verib. Öncə yağan güclü yağış daha sonra dolu ilə əvəzlənib.

Təxminən 10-15 dəqiqə davam edən dolunun diametri 10-20 mm olub. İlkin məlumata görə yağıntı fəsadlara səbəb olmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *