Binəqədi rayonunda evdən seyf oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları tərəfindən paytaxt sakini E.Cabbarov saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 25-də rayon ərazisindəki evdən, içərisində 2000 manat, 300 dollar və 250 qram qızıl-zinət əşyaları olan seyfi oğurlaması müəyyən edilib.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *