Goranboyda avtomobil 37 yaşlı piyadanı vurub

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Goranboy şəhərində qeydə alınıb. Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 37 yaşlı Ramil Həsənovu vurub. O, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.