İmişlidə yol qəzası olub, xəsarət alan var – FOTO

İmişlidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə saat 21 radələrində, Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil “Moskviç”lə toqquşub. Qəza zamanı İmişli rayon Sərxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Samir Ağabala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *