9-cu sinif şagirdi 9-cu mərtəbədən yıxılaraq can verdi

Gəncə şəhərində bədbəxt hadisə baş verib.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, 9-cu sinif şagirdi olan 2002-ci il təvəllüdlü Nəbiyev Vaqif Vasif oğlu doqquzmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılaraq həyatını itirib.

Hadisə Abbas Səhhət küçəsində qeydə alınıb. Yeniyetmənin ehtiyatsızlıq səbəbindən yıxıldığı deyilsə də, ölümün dəqiq səbəbləri hələlik bilinmir.

Fakt şəhər Prokurorluğu tərəfindən araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *