Cəlilabadda avtomobil 7 yaşlı uşağı vurub

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın “Report”-a istinadən verdiyi məlumatına görə, hadisə Ocaqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Nəzərov Yusif Çingiz oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *