Oğurlandığı deyilən Zəhra ilə bağlı axtarışlar SÜRƏTLƏNDİRİLDİ

Bakıda 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.

Median.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb.

İtkin düşən qızı görən şəxslərin yaxınlıqdakı polis bölməsinə və ya 102-yə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *