Babək prospektində su xəttində qəza baş verib

Bakının Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus su xəttində qəza baş verib.

Median.Az-ın məlumatına görə, bu barədə “Report”a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.

“Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, – məlumatda bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *