Daşkəsəndə 17 yaşlı gənci ilan sancdı

Daşkəsən sakinini ilan sancıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Daşkəsən adlanan ərazisində qeydə alınıb.

17 yaşlı rayon sakini Şəhruz Allahverdiyev öz həyətlərində ot biçərkən ilan onun əlindən sancıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstə ilan zəhəri əleyhinə zərdab olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *