Qaradağda quldurluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş S.Quliyevi bıçaqla hədələyib, qol saatını quldurluq yolu ilə ələ keçirən Müşfiqabad qəsəbə sakini F.Vəliyev saxlanılıb.

Qaradağ RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *