Rusiyada azərbaycanlı gənci öldürüb yandırdılar

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.

Median.Az modern.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub.

“Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.

Hazırda Samara Prokurorluğu faktla bağlı araşdırma aparır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *