Xırdalanda 41 yaşlı kişini avtomobil vurub

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1978-ci il təvəllüdlü Xammədov Rafiq Qasım oğlunu yolu keçmək istəyərkən avtomobil vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona bel və çanağın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *