Paytaxtın bu hissəsində nəqliyyat sıxlığı: Avtomobil yolun ortasında yanıb

Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyat vasitəsi yanıb. Bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi, Babək və Şah İsmayıl Xətai prospektlərindən Heydər Əliyev prospekti istiqamətində tıxac müşahidə edilir.

Median.Az-ın məlumatına görə, bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O, əlavə edib ki, qeyd edilən və ətraf küçələrdə nəqliyyat vasitələrinin hərəkətində sıxlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *