Sabirabadda manyak peyda olub – FOTO

Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.

Hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.

Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən saat 22:23 radələrində ot tayaları yandırılır. Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb.

Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.

Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir.




//oxu.az