“Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində məlum olub. Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Albaniyanın “Partizani” komandasına rəqib olub.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək. “Qarabağ” ilk matçını səfərdə keçirəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *