FHN Yevlaxda qəbiristanlıqda baş verən yanğınla bağlı məlumat yayıb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Yevlax şəhərinin Yuxarı Qarxun kəndində baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın AHN-ə istinadən verdiyi məlumata görə, Yevlax şəhərinin Yuxarı Qarxun kəndində 1 ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17:23

Yevlaxda qəbiristanlıqda yanğın olub.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Qarxun kənd qəbiristanlığında baş verib. Yanğın qəbiristanlığın geniş ərazisini əhatə edib.

Alovun söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *