Binəqədidə avtobusda cibgirlik edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də 592 saylı xətt avtobusunda Abşeron rayon sakini Ç.Məmmədovun cibindən 59 manat pulunu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Misdimov saxlanılıb.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *