Salyanda “Mercedes” qəzaya uğradı – VİDEO

Bu gün günorta saatlarında Salyanda yol qəzası baş verib.

Median.Az-ın məlumatına görə, bu barədə hadisə şahidləri BAKU.WS-ə bildiriblər. Verilən məlumata görə, “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən, sürücü idarəetməni itirib.

Nəticədə maşın yol kənarındakı maneəyə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü qəzadan yüngül xəsarətlə qurtulsa da, avtomobil yararsız vəziyyətə düşüb.

Əraziyə yol polisləri cəlb olunub. Baş verən qəzanın səbəbləri araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *