Ağcabədidə “VAZ 21099” ağaca çırpılıb, sürücü ölüb

Median.Az xəbər verir ki, iyunun 20-i saat 11 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində, Göygöl rayon sakini Yaşar Hacıyev idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü və sərnişini, arvadı S.Hacıyeva xəstəxanaya yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq Y.Hacıyev orada ölüb.

Ağcabədi RPŞ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *