Buzovnada qəsdən adam öldürən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, iyunun 23-ü saat 23 radələrində Buzovna qəsəbəsi ərazisində, qəsəbə sakini M.Baxşıyevin münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurması və sonuncunun hadisə yerində ölməsi barədə Xəzər RPİ 2-ci polis şöbəsinə məlumat daxil olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Baxşəliyev saxlanılıb.

Xəzər rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *