Sumqayıtda 2 piyada vurularaq, öldürülüb

Median.Az xəbər verir ki, iyunun 22-i saat 8 radələrində H.Z.Tağıyev qəsəbəsində, şəhər sakini M.Abdulov idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Elnur Əliyevi vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa, iyunun 22-i saat 20 radələrində şəhər ərazisində, şəhər sakini O.Qurbanov idarə etdiyi “Şhanqan” markalı avtomaşınla 30-35 yaşlı qadını vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sumqayıt ŞPİ-də faktla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *