Binəqədi rayonunda oğurluğa görə 6 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Toyota” markalı avtomobildən mobil telefon oğurlayan Bakı şəhər sakini T.Mehdizadə saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən maqnitofon, akkumulyator və qabaq faraları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağazadə saxlanılıb.

Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də rayon ərazisindəki mağazadan avtomobil ehtiyat hissələri oğurlayan Bakı şəhər sakinləri E.Hüseynov və əvvəllər məhkum olunmuş F.Allahverdiyev saxlanılıb.

Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 20-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon oğurlayan Qazax rayon sakini M.Mehdiyev saxlanılıb.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
mayın 14- və 15-də rayon ərazisindəki 2 evdən ümumilikdə 340 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *