Gürcüstan Futbol Federasiyası aksiyalara dəstək verdi

Gürcüstan Futbol Federasiyası (GFF) bəzi yerli klublarla həmrəylik göstərərək, onların anti-Rusiya aksiyalarını dəstəkləyib.

“RİA Novosti” xəbər verir ki, bunu GFF-nin Baş katibi David Muciri deyib.

“Bu günə olan vəziyyətə görə, milli liqada iştirak edən komandalardan heç birini sanksiya gözləmir. Bizə nə UEFA-dan, nə də FIFA-dan ərizə daxil olub. Bir daha təsdiq edirəm ki, ötən həftə ərzində gürcü klublarının iştirak etdiyi həmrəylik aksiyası tərəfimizdən tam dəstəklənib”, – deyə D.Muciri bildirib.

Daha əvvəl yerli futbol klublarının oyunçuları ölkə çempionatının 19-cu tur matçına anti-Rusiya şüarlarının yazıldığı maykalarla çıxaraq, bu yaxınlarda Tbilisidə baş verən hadisələrdən sonra Rusiyaya münasibətlərini bildiriblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *