Robert Koçaryan yenidən həbs edilir

Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib.

APA -nın “Aysor.am”a istinadən verdiyi məlumata görə, hakim R.Koçaryana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı əvvəlki məhkəmə qərarından verilən şikayəti təmin edib.

Hakim bildirib ki, qərardan 15 gün ərzində şikayət vermək mümkündür. Robert Koçaryan və vəkili məhkəmə iclasında iştirak etməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *