Jurnalist Fuad Abbasov azadlıqda – Bakıya gəlir

Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov azadlığa buraxılıb.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı jurnalistin Facebook hesabında məlumat verilib.

Bildirilib ki, jurnalist Moskva vaxtı ilə 19:40-da Bakıya yola düşüb.

Qeyd edək ki, Rusiyada yaşayan və fəaliyyət göstərən jurnalist F.Abbasov mayın 16-da miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinərək saxlanmışdı.

Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınmışdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *