Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda 3,6 maqnituda gücündə zəlzələ olub.

Median.Az report-un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 21:42-də Laqodexi rayonunun Zemo Xeçili kəndində qeydə alınıb.

Zəlzələ dağıntılara səbəb olmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *