Xırdalanda uşağı öldürüb, hadisə yerindən qaçan “KamAz” sürücüsü saxlanılıb

Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün Xırdalan şəhərində Mehmet Xəlilzadəni (2013-cü il təv.) vurub, hadisə yerindən yayınan “KamAz” avtomaşınının srücüsü Müşfiq İsgəndərovu saxlayıblar.

Qeyd edək ki, azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma zamanı, sürücünün sərxoş olması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *