Şəmkirdə dəhşət: “07” “Zil”in altında qaldı, ölən var – FOTO

Bakı-Qazax yolunun Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobillə “Zil” markalı yük maşını toqquşub. Hadisə nəticəsində “VAZ”ın sürücüsü 1973-cü il təvəllüdlü Elmar Tağıyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *