Göygöldə 56 yaşlı kişi bıçaqlandı

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Çaykənd kəndində baş verib.

Samux rayon sakini, 1963-cü il təvəllüdlü Kərimov Əlirza Bahadur oğlu həmkəndlisi Məhərrəmov Kazım Həmid oğlu ilə mübahisə edib.

Mübahisə zəminində K.Məhərrəmov Ə.Kərimovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *