Bakıda piyadanı vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, iyunun 25-i gecə saat 1 radələrində S.Vurğun küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini H.Hüseynzadə vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini O.Əsgərov saxlanılıb.

Araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *