Cəlilabadda baş verən yol qəzasında 2 qadın xəsarət alıb

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, qəza nəticəsində Bakı şəhəri sakinləri – 1983-cü il təvəllüdlü Həsənova Şəlalə Vəli qızı və 1983-cü il təvəllüdlü Kərimova Sevanə Baləhməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.