Şeyxin 40 milyon dollarla qaçan arvadı tapıldı

Britaniyanın “Times” qəzeti Dubay şeyxinin 40 milyon dollarla qaçan arvadı barədə məlumat verib.

Median.Az xəbər verir ki, qəzetin məlumatına əsasən, şahzadə Hayanın Londonda olduğu ehtimal edilir.

Şahzadə Haya bint əl-Hüseyn Kensinqton sarayı yaxınlığında, qiyməti 85 milyon funt sterlinq olan mülkdədir. Bu evi şahzadə 2017-ci ildə ərindən xəbərsiz alıb.

Britaniyanın “Sun” qəzeti bildirir ki, BƏƏ şeyxinin arvadı ölkədən böyük pulla qaçıb. Şahzadə Haya fevral ayından görünmür. Bildirilir ki, o, 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə qaçıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *