Həzi Aslanovda güclü yanğın – VİDEO

Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

Hadisə şahidlərinin Baku.ws-in “qaynar xətti”nə verdikləri məlumata görə, Həzi Aslanov metrostansiyasının yanında avtoyumada yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Qurumun mətbuat xidmətindən Baku.ws-ə bildirildi ki, yanğın lokallaşdırılıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *