5-ci ərindən də boşandı

Rusiyanın məşhur müğənnisi Lolita Milyavskaya tennisçi əri Dmitri İvanovdan boşanıb.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə estrada ulduzu İnstaqram səhifəsində məlumat verib.

Sənətçi qeyd edib ki, onlar uzun müddətdir bir-birilərinə laqeyd yanaşıblar və nəhayət, 9 illik evliliklərini bitirmək qərarına gəliblər.

Qeyd edək ki, Dmitri Lolitanın sayca 5-ci həyat yoldaşı olub. Onlar 2010-cu ilin martında evləniblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *